Zahid Baku

Lolita Bakıdan apardığı prezervativdən şar əvəzinə istifadə edib..

1 716
0
0
01:00

Опубликовано:

Ukrayna əsilli rusiyalı müğənni Lolita Milyavskaya Bakıda iştirak etdiyi “Jara” festivalından qayıdandan sonra İnstaqramda onun hesabına abunə olanların sayının 1 milyona çatdığını görüb.
Müğənni bu hadisəni özünəxas tərzdə qeyd edib. Belə ki, müğənni həmin vaxt evdə bu əlamətdar hadisəni qeyd etməyə nə şamlar, nə də şar tapıb. Evdə tort da olmayıb, çünki Lolitanın özünün dediyi kimi, tortu yeməyə heç kim yox idi və bu məmulat qalıb xarab ola bilərdi. Belə vəziyyətdə Lolitanın köməyinə Bakıda “Jara” festivalının təşkilatçılarının ona (görünür, həm də qalan iştirakçılara) hədiyyə etdiyi prezervativ çatıb.
O, cibindən prezervativi çıxararaq şar kimi üfürüb şişirdib, sonra onun üstünə 999999 rəqəmini yazaraq abunəçilərinin sayının 1 milyona çatması münasibətilə video-rolik hazırlayaraq İnstaqramda yayıb.
Qalmaqallı müğənninin bu hərəkəti onun pərəstişkarlarının heç də hamısını məmnun etməyib. Bir çoxları bunu özlərinə qarşı təhqir kimi qəbul edərək Lolitanın İnstaqram hesabına abunəliyi ləğv ediblər. Buna baxmayaraq, video-rolik xeyli populyarlıq qazanıb və ona 300 mindən çox adam baxıb.
Xatırladaq ki, Lolita bundan əvvəl "Jara" festivalında geydiyi kombinezonla qalmaqal yaratmışdı.

Фестиваль Жара - Лолита Милявская надувает презерватив

Следующее видео

facebook