Zahid Baku

Bakıda “Mercedes Gelandewagen” qəzaya uğradı və yandı: 3 nəfər öldü

73 498
0
0
01:16

Опубликовано:

Dünən axşam saatlarında Bakının Heydər Əliyev prospektində iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur..

APA-nın xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan “VAZ 21015” markalı avtomobilə çırpılıb.
Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.
Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.

Следующее видео